Səməd Bəşirli: "Özəl sektorun yeni tələblərə uyğunlaşması vacibdir"

Maliyyə
  • 13 noyabr, 2025
  • 11:45
Səməd Bəşirli: Özəl sektorun yeni tələblərə uyğunlaşması vacibdir
Səməd Bəşirli

Azərbaycanın yeni iqtisadi modeli biliyə, innovasiyaya və rəqəmsal iqtisadiyyatın inkişafına əsaslanır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yeni iqtisadi modeli artıq yalnız enerjiyə deyil, biliyə, innovasiyaya və rəqəmsal iqtisadiyyatın inkişafına əsaslanır: "Hazırki rəqabətli dünyada qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Ölkədə həyata keçilən inkişaf strategiyası Azərbaycan ərazi bütövliyinin bərpası, beynəlxalq nüfuzun artırılması, ölkənin sosial iqtisadi potensialının gücləndirilməsi və rifahın yüksəldilməsini təmin edir".

Nazir müavini qeyd edib ki, Azərbaycan iqtisadi mövqənin yüksəlməsi qeyri-neft-qaz sektorunun şaxələnməsi ilə bağlıdır: "Bu isə bilik və bacarıq tutumlu, yüksək əlavə dəyəri yaradan sahələrin inkişafı iqtisadiyyatın mürəkkəbliyinin artması üçün möhkəm baza yaradır. Rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti