Con DiPirro: TRIPP maşrutunun reallaşması vacibdir

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 12:45
Con DiPirro: TRIPP maşrutunun reallaşması vacibdir

TRIPP maşrutunun reallaşması vacibdir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Asiya–Qafqaz İnstitutunun baş elmi işçisi Con DiPirro noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq Naminə Azərbaycan–ABŞ Dialoqu" sessiyasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Avropa və Asiya arasında strateji körpü rolunu oynayır:

"Azərbaycan qlobal miqyasda getdikcə daha da önəmli fiqura çevrilməkdədir. ABŞ-nin maraqları stabildir və Cənubi Qafqaz kontekstində çox vacibdir. Bu mənada, TRIPP maşrutunun reallaşması vacibdir".

Ekspert Ermənistanla Türkiyə arasında normallaşmanın vacibliyinə də diqqət çəkib:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zaman yetişib".

C.DiPirro həmçinin ABŞ-nin TRIPP üçün 145 milyon dollar ayırdığını, eləcə də həm Azərbaycan, həm də Ermənistanla bu istiqamətdə işçi qrupu yaradıldığını da söyləyib və qeyd edib ki, bu, layihənin icrasının vacibliyini göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti