Maya Bitadze: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş regional sabitlik üçün real fürsətdir

Region
  • 18 noyabr, 2025
  • 12:36
Maya Bitadze: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş regional sabitlik üçün real fürsətdir

Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş regional sabitlik üçün real fürsətdir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü sessiyasındakı çıxışında Gürcüstan parlamentinin Ətraf Mühit və Təbii Sərvətlər Komitəsinin sədri Maya Bitadze deyib.

O bildirib ki, Cənubi Qafqazda son aylarda müşahidə olunan müsbət dinamika region üçün yeni imkanlar açır:

"Gürcüstan Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirir və bu addımın regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inkişaf baxımından həlledici rol oynadığını düşünür. Sülh prosesi real iqtisadi və strateji imkanlar yaradır".

M.Bitadze qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün formalaşması ticarət və logistika sahələrində böyük potensial yaradır:

"Azərbaycanla Ermənistan arasında sülh prosesində müşahidəı olunan irəliləyiş regional sabitlik və iqtisadi artım üçün real fürsət təqdim edir. Gürcüstan neytral və etibarlı tərəfdaş olaraq regionda dayanıqlılığı inkişaf etdirməyə hazırdır".

Son xəbərlər

Bütün Xəbər Lenti