Ekspert: Vaşinqtondakı sammit Bakı və İrəvan danışıqlarının kulminasiyası olub

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 12:40
Ekspert: Vaşinqtondakı sammit Bakı və İrəvan danışıqlarının kulminasiyası olub

Bu ilin avqustunda keçirilən Vaşinqton sammiti Bakı və İrəvan arasında çoxillik danışıqların kulminasiyası olub.

"Report"un məlumatına görə, bunu "New Lines Institute for Strategy & Policy"nin baş analitiki, təlim və analitik məhsullar üzrə proqramın rəhbəri Yucin Çausovski Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, vasitəçilərin diplomatik səylərinin səmərəsiz olmasından sonra Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar mümkün olub.

Onun sözlərinə görə, bu, regionda təsir balansının dəyişməsini əks etdirir.

İqtisadi ölçüdən danışarkən ekspert qeyd edib ki, Tramp administrasiyası regional təşəbbüslərin təşviqi üçün "siyasi və iqtisadi stimullardan" fəal şəkildə istifadə edib:

"Əhəmiyyətli irəliləyiş ABŞ-nin TRIPP, "C5+1" və "C6+1" çərçivəsində müzakirə olunan nəqliyyat və ticarət əlaqələrinə diqqəti sayəsində mümkün olub".

Y.Çausovski, həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi qarşılıqlı fəaliyyətləri genişləndirməyə və bunu Mərkəzi Asiya ölkələrinə, eləcə də digər regionlara yaymağa imkan verən regionlararası yanaşmanın əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti