Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 75 %-ə yaxın artıb

Maliyyə
  • 17 sentyabr, 2025
  • 15:29
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 75 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən yerli büdcəyə 435,5 min manat vəsait daxil olub.

Yerli İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,7 % çoxdur.

8 ay ərzində muxtar respublikada dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 150 yeni müqavilə bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 59,6 % çoxdur.

Hesabat dövründə 125 müqavilənin müddəti uzadılıb, 57 müqaviləyə xitam verilib.

Hesabat dövründə hüquqi və fiziki şəxslərdən və notariat ofislərindən nazirliyin Əmlak Məsələləri Dövlət Xidmətinə 4,7 mindən artıq elektron müraciət daxil olub ki, bu da illik müqayisədə 13 % çoxdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti