ABŞ İranla əlaqəli dörd qruplaşmanı terror təşkilatları siyahısına daxil edib

Digər ölkələr
  • 17 sentyabr, 2025
  • 17:20
ABŞ İranla əlaqəli dörd qruplaşmanı terror təşkilatları siyahısına daxil edib

Birləşmiş Ştatlar İranla əlaqəli İraqın dörd hərbi qruplaşmasını xarici terror təşkilatları siyahısına daxil edib.

Bu barədə "Report" ABŞ Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

Bu qruplaşmalar "Hərəkət ən-Nucəba", "Kətaib Səyid əl-Şuhəda", "Hərəkət Ənsar Allah əl-Aufiya" və "Kətaib əl-İmam Əli"dir.

Terror qruplaşmaları siyahısında İranın dəstəklədiyi İraq "Kətaib Hizbullah" və "Əsaib Əhl əl-Haq" qruplaşmaları da var.

Dövlət Departamentindən qeyd ediblər ki, təşkilatların siyahıya daxil edilməsi onların ABŞ-dəki aktivlərinin bloklanmasına, vətəndaşlarının onlarla iş aparmasının qadağan edilməsinə gətirib çıxarır. Onlarla əməkdaşlıq edən tərəflər ikinci dərəcəli sanksiyalara məruz qalma riski ilə üzləşirlər.

Vaşinqtonun məlumatına görə, bu tədbirlər qruplaşmaların maliyyə və resurslara çıxışını məhdudlaşdırmağa yönəlib. Onlar bundan regionda ABŞ heyətinə və obyektlərinə hücumlar üçün istifadə edilə bilərdilər.

Son xəbərlər

Bütün Xəbər Lenti