Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 33 %-dən çox artıb
- 15 oktyabr, 2025
- 17:06

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 171,4 milyon manat vəsait yönəldilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur.
9 ay ərzində istifadə olunmuş vəsaitin 49,2 milyon manatı və yaxud 28,7 %-i məhsul istehsalı sahələrinə, 40,3 milyon manatı və yaxud 23,5 %-i xidmət sahələrinə, 81,9 milyon manatı və yaxud 47,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Bundan başqa, əsas kapitala vəsait qoyuluşunun 138,3 milyon manatı və yaxud 80,7 %-i tikinti-quraşdırma işlərinin payına düşub ki, bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur.