IMF: Bu il Azərbaycan iqtisadiyyatı 2,3 % böyüyəcək
Maliyyə
- 06 aprel, 2021
- 13:00

2021-ci ildə Azərbaycanda 2,3 %, 2022-ci ildə isə 1,7 % iqtisadi artım gözlənir.
“Report” xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının aprel buraxılışında çıxış edib.
Sənəddə həmçinin qeyd olunub ki, ötən il Azərbaycan iqtisadiyyatı 4,3 % azalıb.
Bundan başqa, Fond bəyan edib ki, bu il Azərbaycanda illik inflyasiya 3,5 %, gələn il isə 3,2 % olacaq. Ötən il bu göstərici 2,8 % olub.
IMF həmçinin 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin azalacağını proqnozlaşdırır. 2020-ci ildə 6,5 % təşkil etmiş sözügedən göstəricinin bu il 5,8 %, gələn il isə 5,7 % olacağı gözlənilir.
Son xəbərlər
07:56
Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var
Hadisə07:44
Çin ABŞ-nin optik fiberlərinə 78,2 %-ə qədər rüsum tətbiq edib
Digər ölkələr07:09
"Google" məxfiliyin pozulmasına görə 425,7 milyon dollar ödəyəcək
İKT06:42
Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib
İncəsənət06:18
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Digər ölkələr05:53
FİFA: Klublar yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər
Futbol05:38
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Digər ölkələr04:56
Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib
Digər ölkələr04:21