Hesablama Palatasının yeni Strateji Planının hazırlanması müzakirə edilib

Maliyyə
  • 15 oktyabr, 2025
  • 17:10
Hesablama Palatasının yeni Strateji Planının hazırlanması müzakirə edilib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda ilk olaraq qurumun əməkdaşları Cənubi Koreyada keçirilmiş "Audit Potensialının Gücləndirilməsi Proqramı"nın nəticələri, həmçinin Koreyanın dövlət qurumlarında informasiya sistemlərinin auditə inteqrasiyası və rəqəmsal büdcə-mühasibatlıq həlləri üzrə aparılmış müzakirələr barədə məlumat veriblər. Eyni zamanda, dövlət auditi üzrə rəqəmsal həlləri tətbiq edən bəzi ölkələrin təcrübəsi müqayisəli şəkildə təqdim olunub.

Təqdimatlardan sonra mövzu ətrafında müzakirələr aparılıb və Hesablama Palatasının müvafiq istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Həmçinin, Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planına uyğun olaraq "Dövlət Auditinin İnformasiya Sistemi"nin hazırlanması çərçivəsində aparılan və planlaşdırılan işlər nəzərdən keçirilib.

Daha sonra Hesablama Palatasının 2026-2030-cu illər üzrə yeni Strateji Planının hazırlanması ilə bağlı görüləcək tədbirlər müzakirə olunub və sədr tərəfindən kollegiya üzvlərinə müvafiq tapşırıqlar verilib.

Sonda Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti