Əmanətlərin Sığortalanması Fondu 9 ayda 24 minə yaxın müraciət qəbul edib

Maliyyə
  • 10 oktyabr, 2025
  • 16:12
Əmanətlərin Sığortalanması Fondu 9 ayda 24 minə yaxın müraciət qəbul edib

Bu ilin yanvar–sentyabr aylarında Əmanətlərin Sığortalanması Fonduna 23 504 müraciət daxil olub və cavablandırılıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bütün müraciətlər mövcud qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınıb, təhlil edilib və icra olunub.

"Vaxtında reaksiya, çeviklik və normativ-hüquqi aktların tələblərinə əsasən cavabların təqdim edilməsi Fondun şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu istiqamətində fəaliyyətinin əsas prioritetlərindəndir", - deyə qurum bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti