Polşa rallisində qəza nəticəsində sürücü avtomobildə yanaraq ölüb
- 12 oktyabr, 2025
- 22:14
Polşanın ralli sürücüsü Artur Senkovskinin idarə etdiyi avtomobil Nısa şəhərindəki yarışda qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə TVP məlumat yayıb.
Yarış avtomobili yüksək sürətlə ağaca çırpılıb və anidən alovlanıb. Ətrafdakıların köməyinə baxmayaraq, 40 yaşlı idmançı hadisə yerində ölüb. Onun köməkçisi xəsarətlə xəstəxanaya çatdırılıb.
Bu hadisə yarış zamanı qeydə alınan ikinci ağır qəzadır. Bir gün əvvəl daha bir ralli maşını trasdan çıxıb və yol kənarında işləyən iki fotoqrafı vurub. Senkovskinin ölümündən sonra təşkilatçılar rallini erkən bitirmək qərarına gəliblər.
Polşada baş verən faciəvi hadisələr tamaşaçıların və mətbuatın tez-tez yarış trekinin yaxınlığında olduğu ralli yarışlarında təhlükəsizliklə bağlı narahatlıqları bir daha artırıb.