Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçib - YENİLƏNİB-2
- 13 oktyabr, 2025
- 00:09

Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Mənzillərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.
Alovun söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Göyçayda güclü yanğın hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən yeşik sexində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər həyata keçirilir.
Yanğınla əlaqədar əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.