DGK büdcəyə ödənişlərini 46% artırıb
Maliyyə
- 12 fevral, 2019
- 06:58
Bakı. 12 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 645,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 557,4 min manat və ya 45,8% çoxdur.
DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17 009,8 min manat və ya 28,6% artaraq 76 480,4 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 76 029,8 min manat və ya 48,4% artaraq 233 048,7 min manat, aksizlər 10 081,6 min manat və ya 2,5 dəfə artaraq 16 862,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 436,2 min manat və ya 15,5% artaraq 3 254,3 min manat təşkil edib.
Son xəbərlər
02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48