"Bir Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 04 dekabr, 2025
- 09:03
Gələn il yanvarın 9-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.