Neymar uzun müddətdən sonra het-trik edib
Futbol
- 04 dekabr, 2025
- 09:27
Braziliyanın "Santos" klubunda çıxış edən Neymar uzun müddətdən sonra het-trik edib.
"Report" xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının 37-ci turunda "Yuventude"ni məğlub etdikləri matçda (3:0) bütün qolların müəllifi olub.
Forvard sonuncu dəfə 2022-ci ilin aprelində, Fransa təmsilçisi PSJ-də çıxış edərkən "Klermon"la qarşılaşmada bunu bacarıb.
Qeyd edək ki, Neymar bu mövsüm "Santos" forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun sol dizindən zədə aldığı və bu səbəbdən mövsümün qalan hissəsini buraxacağı deyilirdi. Lakin oyunçu sonradan zədəsinin ciddi olmadığını bildirib.
Son xəbərlər
01:32
BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
Digər ölkələr01:13
Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Digər ölkələr00:43
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
Digər ölkələr00:18
NY Post: Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üzrə əməliyyata hazırlaşır
Digər ölkələr23:50
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Region23:42
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
Digər23:25
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Digər ölkələr23:13
Rusiya ordusu Odessa sahillərində gəmiyə hücum edib, iki dənizçi itkin düşüb
Digər ölkələr22:41