"Bank of Baku" istiqrazları yüskək tələbatla satıldı – 601 investor
- 23 sentyabr, 2025
- 20:22
"Bank of Baku" ASC-nin istiqrazları "Bakı Fond Birjası" QSC-də (BFB) Əsas Bazar Listinq seqmentinə alındı.
Belə ki, Bankın 8-19 sentyabrda abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor 682 sifariş yerləşdirib. Sifarişlərin ümumi dəyəri isə 23 milyon 433,1 min manat olub.
İnvestorların 99 %-ni fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir.
AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi bu gün həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri BFB-də Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"nın 3.18 bəndinin tələblərinə cavab verdiyindən, "Bank of Baku" istiqrazları Əsas Bazar Listinq seqmentinə alınıb.
İstiqrazlar barədə digər məlumatlar aşağıda göstərilib:
Ø İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ø Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı
Ø İstiqrazların sayı: 200 000 (ədəd)
Ø İlkin ticarət qiyməti: 100 manat
Ø İstiqrazların buraxılış həcmi: 20 000 000 manat
Ø İllik gəlir faizi: 13 %
Ø Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir
Ø Tədavül müddəti: 18 ay
"Bank of Baku"nun istiqrazlarının təkrar bazarda rəsmi market meykeri "ABB İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bu isə o deməkdir ki, investorlar əldə etdikləri istiqrazları tədavül müddəti başa çatmadan istənilən vaxt "ABB-İnvest"ə sata biləcəklər.
"Bank of Baku"nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, "Bank of Baku"nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.