"Bank of Baku" istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Maliyyə
  • 17 oktyabr, 2025
  • 16:44
Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" ASC bu ilin 3-cü hesabat dövrünü uğurla başa vurub.

Maliyyə hesabatlarını açıqlayan Bank bir çox maliyyə göstəriciləri üzrə artım tempinə sahibdir.

İstehlak kreditləri üzrə ilk 3-dədir!

III rübdə bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artım deməkdir. Nəticədə "Bank of Baku" istehlak kreditləri üzrə ölkənin TOP 3 Bankı sırasına daxil olub.

Bankın ümumi kredit portfeli isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 872 milyon 371 min manat təşkil edib. Bu artım bankın müştəriləri üçün təqdim etdiyi məhsullar, çevik rəqəmsal həllər və müştəri yönümlü strategiyanın uğurlu nəticəsidir.

Eyni zamanda, "Bank of Baku"nun xalis mənfəəti də 20 % artaraq 24 milyon manat olub. Bu artım bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.

Cari dövrün hesabatına əsasən "Bank of Baku"nun ümumi aktivləri ötən il ilə müqayisədə 20 % artaraq 1,117 milyard manat, kapitalı isə 8 % artımla 168,9 milyon manat təşkil edib.

Bu nəticələr onu göstərir ki, Bank bazar payını qorumaqla yanaşı, dayanıqlı inkişaf, maliyyə sabitliyi, müştəri məmnuniyyəti və eyni zamanda rəqəmsal innovasiya istiqamətində fəaliyyətini gücləndirərək davam etdirir.

"Bank of Baku" 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

"Bank of Baku"nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Son xəbərlər

Bütün Xəbər Lenti