"Bank of Baku" 40 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 03 sentyabr, 2025
- 16:04
"Bank of Baku" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 40 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 400 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
00:13
Bu gün Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Energetika23:45
Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Digər ölkələr23:39
Pezeşkian: ABŞ-nin blokada və təhdidləri münaqişənin sülh yolu ilə həllinə mane olur
Region23:27
Valdas Dambrauskas: "Azərbaycanda olduğu qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm"
Futbol23:26
Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
Energetika23:16
Türkiyə ilə Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət23:11
Qurban Qurbanov: "Matçın son anlarındakı epizod penaltiyə çox oxşayırdı"
Futbol22:46
Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb
Region22:43