Azərbaycanda aksiz vergisi üzrə proqnoz 7 %-ə yaxın azaldılır

Maliyyə
  • 16 sentyabr, 2025
  • 02:42
Azərbaycanda aksiz vergisi üzrə proqnoz 7 %-ə yaxın azaldılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 716 milyon manatının və yaxud 4,5 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,8 % azdır.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 482 milyon manatını və yaxud 86,4 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 234 milyon manatını və yaxud 13,6 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 10,5 % az və 26,5 % çoxdur. 

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti