Azərbaycanda 9 ayda dövlət xəttilə 354 milyon manat ipoteka krediti verilib

Maliyyə
  • 28 oktyabr, 2025
  • 10:07
Azərbaycanda 9 ayda dövlət xəttilə 354 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 354,4 milyon manat kredit verilib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,5 % azalaraq 306,5 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manata düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti