Almaniya klubunun yarımmüdafiəçisi bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 28 oktyabr, 2025
  • 12:45
Almaniya klubunun yarımmüdafiəçisi bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçisi Ezekiel Fernandes bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı argentinalı futbolçu Almaniya Bundesliqasının VIII turunun "Frayburq"a qarşı matçında (2:0) sol dizinin bağlarını zədələyib və 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, E.Fernandes 2025/2026 mövsümündə "Bayer 04"ün heyətində 8 matçda meydana çıxıb. O, bu ilin sentyabrından Leverkuzen təmsilçisində çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti