AMB: Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var

Maliyyə
  • 28 oktyabr, 2025
  • 12:53
AMB: Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var

Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də deyib.

Onun sözlərinə görə, sığorta ənənəvi bir sistemdir və texnoloji inkişaflar ənənəvi sığorta sistemini daha sürətli, effektiv və optimal olmağa təşviq edir: "Buna görə də sığorta sektoru artıq innovativ sığorta məhsullarının yaradılmasına ehtiyac duyur və bununla da rəqabətin yüksəlməsi nəzərdə tutulur".

O qeyd edib ki, texnologiya, innovasiya və sürətli əməliyyatlar deyildikdə, həmçinin şəxslərin özlərinin fərdi ehtiyaclarına uyğun olan məhsulların yaradılması istiqamətini, perspektivini vurğulanmalıdır: "Xüsusilə vurgulamalıyıq ki, fərdi ehtiyaclara cavab verən məhsulların yaradılması sığorta sektorunda istehlakçıların məmuniyyətini artırır. Həmçinin bütün bunların fonunda texnologiyaların, insurtechlərin tətbiqi nəticəsində isə əməliyyat prosesləri optimallaşır, əməliyyat xərcləri azalır".

Son xəbərlər

Bütün Xəbər Lenti