Azərbaycan Uqanda ilə aqrar sahədə əməkdaşlıq imkanlarını müzakirə edib

Maliyyə
  • 29 avqust, 2025
  • 09:44
Azərbaycan Uqanda ilə aqrar sahədə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Uqan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazir müavini İlhamə Qədimova Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycan rəsmisi ölkədə aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan tərəfdaş dövlətlərlə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. 

Görüşdə Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq imkanları, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

C.Mulimba ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.