Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb

Maliyyə
  • 08 sentyabr, 2025
  • 12:10
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 48,5 milyon ABŞ dolları investisiya qoyub.

"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Azərbaycan bu ilin I rübündə Gürcüstana 24,9 milyon ABŞ dolları (29,7 % çox), II rübündə isə 23,6 milyon ABŞ dolları (18,1 % az) sərmayə yatırıb.

Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (188,8 milyon ABŞ dolları, 3,9 % çox), Türkiyə (81,5 milyon ABŞ dolları, 3,2 % çox) və Çexiya (81,3 milyon ABŞ dolları, 63,9 % çox) olub.