"Xankəndi"nin futbolçusu: "Ümid edirəm ki, bu mövsüm çempionluq uğrunda oynayacağıq"

Futbol
  • 08 sentyabr, 2025
  • 15:19
Xankəndinin futbolçusu: Ümid edirəm ki, bu mövsüm çempionluq uğrunda oynayacağıq

"Xankəndi" bu mövsüm Azərbaycanın II Liqasında çempionluq uğrunda oynayacaq. 

Bunu "Report"a açıqlamasında komandanın aparıcı futbolçularından olan Tural Qurbatov deyib.

Təcrübəli futbolçu ölkə çempionatında keçirdikləri ilk - "Dinamo" ilə oyunu dəyərləndirib:

"Komandamızı təbrik edirəm. Tarixi qələbə qazandıq. İlk hissəyə yaxşı başlaya, qol vəziyyətlərindən çox istifadə edə bilmədik. İlk oyunumuz olduğu üçün normaldır. Çünki bəzi futbolçularımız müəyyən səbəblərdən oynamır. İlk oyunda qol vurduğum üçün sevinirəm. Ümid edirəm ki, davamı gələr və çempionluq uğrunda oynayarıq. Bütün rəqiblərə eyni yanaşırıq. Ümumiyyətlə, çempionluğa oynayan komandalara qarşı rəqiblər həmişə başqa həvəslə meydana çıxırlar. Buna ötən il də şahidlik etdim. Buna hazır olmalıyıq, hər oyun üçün var gücümüzlə çalışmalıyıq. Çətinlik yaşasaq da, çempion olmuşduq. Yolumuz uzundur, ümidvaram ki, bu il də çempionluğu qeyd edərik".

Qeyd edək ki, "Xankəndi" ölkə çempionatının ilk turunda "Dinamo"nu 4:0 hesabı ilə məğlub edib. T.Qurbatov 76-cı dəqiqədə qol müəllifi olub.