Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim olunub – YENİLƏNİB-2

Daxili siyasət
  • 08 sentyabr, 2025
  • 15:21
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim olunub – YENİLƏNİB-2

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Vəngli kəndinə 29 ailə (105 nəfər) köçürülüb.

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.

"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Vəngli kəndinə ilk mərhələdə 22 ailənin (83 nəfər), bu mərhələdə isə 29 ailənin (105 nəfər) köçürülməsi təmin edilib.

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 105 nəfərdən ibarət 29 ailə köçürülür.

Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə köçürülən ailələrin sayı 51-ə (158 nəfər) çatacaq.