Azərbaycan Çinlə kapital bazarında əməkdaşlıq perspektivini müzakirə edib

Maliyyə
  • 28 noyabr, 2025
  • 14:46
Azərbaycan Çinlə kapital bazarında əməkdaşlıq perspektivini müzakirə edib

Azərbaycan və Çin arasında kapital bazarında əməkdaşlıq perspektivi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinə işgüzar səfər çərçivəsində bu ölkənin Kapital Bazarlarının Tənzimlənməsi Komissiyasının sədri Vu Qinqla görüşdük, iki ölkədə kapital bazarının vəziyyəti və inkişafı istiqamətində görülən işlər, tənzimləyici və nəzarət çərçivələrində dəyişikliklər, bu sahədə innovativalətlərin tətbiqi və müşahidə olunan texnoloji trendlər ətrafında fikir mübadiləsi apardıq. İnvestorların sığortalanması və fərdi investorların kapital bazarlarında iştirakının təşviqi istiqamətində görülən işləri də müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti