Azərbaycan "Al-Hidayah Group"la İslam bankçılığının inkişafını müzakirə edib

Maliyyə
  • 17 dekabr, 2025
  • 10:38
Azərbaycan Al-Hidayah Groupla İslam bankçılığının inkişafını müzakirə edib

Azərbaycan və Malayziyanın "Al-Hidayah Group" şirkətlər qrupu arasında İslam bankçılığının inkişafı müzakirə olunub.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktoru Tərlan Rəsulov şirkətlər qrupunun sədri Dato' Ku Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub, AMB-nin təsdiq etdiyi "2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası" çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti