ABŞ Konqresi milyarder Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

Digər ölkələr
  • 18 dekabr, 2025
  • 00:00
ABŞ Konqresi milyarder Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Konqresinin Senatı Prezident Donald Tramp tərəfindən milyarder Cared Ayzekmanın NASA rəhbəri vəzifəsinə yenidən irəli sürülən namizədliyini təsdiqləyib.

"Report" xəbər verir ki, səsvermə ABŞ qanunverici orqanının yuxarı palatasında keçirilib və C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Onun namizədliyini 67 senator dəstəkləyib, 30 senator isə əleyhinə səs verib. Bununla da namizədlik təsdiqlənib.

C.Ayzekmanın yaxın vaxtlarda NASA-nın yeni rəhbəri kimi and içəcəyi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti