"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb - EKSKLÜZİV
Maliyyə
- 28 iyul, 2025
- 17:12

"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi yekunlaşıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bankın idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Bankın səhmlərinin 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır.
Son xəbərlər
11:43
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə11:42
ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur
İKT11:40
Böyük Britaniyanın müdafiə naziri Kiyevdə səfərdədir
Digər ölkələr11:38
Kənd Təsərrüfatı Nazirliyi peşəkar PUA-lardan istifadə edəcək
ASK11:30
Putin və Kim Çen In arasında təkbətək görüş keçirilir - YENİLƏNİB
Digər ölkələr11:28
İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik edib
Xarici siyasət11:24
Ziya Rəcəbov: "Turan" voleybol komandasının hədəfləri böyükdür"
Komanda11:24
Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib
Hadisə11:22