"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 03 sentyabr, 2025
  • 11:43
Unibankın səhmdarlarının yığıncağı keçiriləcək

Oktyabrın 3-də, saat 15:00-da "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" proqram təminatı vasitəsilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər daxildir.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.