Putin və Kim Çen In arasında Pekində baş tutan danışıqlar başa çatıb- YENİLƏNİB-2
- 03 sentyabr, 2025
- 12:29

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində təkbətək formatda danışıqları başa çatdırıblar.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət təxminən bir saat davam edib.
Daha əvvəl onlar nümayəndə heyətlərinin iştirakı ilə 1,5 saatdan çox davam edən danışıqlar aparıblar.
Beləliklə, danışıqlar ümumilikdə 2,5 saatdan bir qədər çox davam edib.
Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlardan sonra təkbətək formatda söhbəti davam etdirirlər.
Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir.
Liderlərin Pekindəki təntənəli tədbirlər çərçivəsində danışıqları 1,5 saatdan çox davam edib.
2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün əlindən gələni edəcək.