AMB iki sığorta şirkətinə icrası məcburi göstəriş verib

Maliyyə
  • 28 noyabr, 2025
  • 17:11
AMB iki sığorta şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun hər iki şirkətdə "Sığortaçılarda korporativ idarəetmə Standartları"na əməl olunmadığını üzə çıxarıb. Odur ki, "Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinin tələblərinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti