Vahid Hacıyev: "Ağalı və Məmmədbəyli tranzit yönümlü inkişaf prinsipi ilə tikilir"

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:34
Vahid Hacıyev: Ağalı və Məmmədbəyli tranzit yönümlü inkişaf prinsipi ilə tikilir

Zəngilan rayonunun Ağalı qəsəbəsi və qonşu Məmmədbəyli kəndi tranzit yönümlü inkişaf prinsipi ilə tikilir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündə deyib.

Onun sözlərinə görə, bu günə qədər ərazilərin inkişafı ilə bağlı üç baş plan təsdiqlənib.

O xatırladıb ki, Qubadlı, Cəbrayıl və Zəngilan da daxil olmaqla işğaldan azad edilmiş ərazilər işğal dövründə tamamilə dağıdılıb.

"30 illik işğal müddətində orada bir dənə də ev qalmayıb. Buna görə də bu gün biz hər şeyi sıfırdan tikirik. Konsepsiyamızın əsasını tranzit yönümlü inkişaf - səmərəli ictimai nəqliyyat və rahat piyada mühiti ətrafında rayonların yaradılması da təşkil edir. Belə bir yanaşma təkcə əhalinin mobilliyini yaxşılaşdırmır, həm də məşğulluq imkanlarını genişləndirir ki, bu da son dərəcə vacib bir məsələdir və köçürülmə prosesi ilə paralel həyata keçirilir. Məsələn, bu yaşayış məntəqələrinin logistik qovşaqlar, parklar və sənaye zonaları yaxınlığında yerləşməsi sakinlərin iş yerlərinə asanlıqla gedib-gəlmələrinə imkan verir. Bu, eyni zamanda, yerli sahibkarlığın inkişafını stimullaşdırır və sakinlərə iqtisadi fəaliyyətdə iştirak etmək imkanı verir", - xüsusi nümayəndə əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti