Qazaxıstan Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün 6 yeni konteyner gəmisi alır

İnfrastruktur
  • 26 noyabr, 2025
  • 13:08
Qazaxıstan Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün 6 yeni konteyner gəmisi alır

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkətinin törəməsi olan "KazmorTransFlot" şirkəti Orta Dəhliz marşrutu üzrə yükdaşımaları artırmaq məqsədilə 6 yeni konteyner daşıyan gəmi alır.

"Report" xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolu" Milli Şirkətinin İdarə Heyətinin sədri Talqat Aldıbergenov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizdə əsas çətinlik Xəzər dənizində gəmi və bərə çatışmazlığıdır: "Hazırda Xəzər dənizi üzərindən keçid Orta Dəhliz üzrə daşımaların sürətinə və stabil ritminə təsir göstərən əsas məhdudlaşdırıcı amildir".

O bildirib ki, gəmilərin 2027-ci ilin birinci yarısında dəhlizə qoşulacağı gözlənilir: "Qazaxıstan həmçinin Aktau limanında böyük konteyner habı inşa edir. İlk pilot terminal bu ilin sonuna qədər istifadəyə veriləcək və illik gücü 140 min TEU olacaq".

T.Aldıbergenov qeyd edib ki, ikinci mərhələdə isə terminalın ümumi yükaşırma gücü 240 min TEU-ya çatdırılacaq və bunun 2026-cı ildə yekunlaşması planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti