Nikolas Alberts: "Azərbaycan infrastruktur və iqtisadiyyatı aktiv şəkildə inkişaf etdirir"

İnfrastruktur
  • 23 sentyabr, 2025
  • 11:16
Nikolas Alberts: Azərbaycan infrastruktur və iqtisadiyyatı aktiv şəkildə inkişaf etdirir

Azərbaycan infrastrukturu aktiv şəkildə inkişaf etdirir, iqtisadiyyatın şaxələndirilməsi və dərinləşdirilməsinə sadiq qalır.

"Report"un məlumatına görə, bu barədə "Ninety One"in investisiya şirkətinin Yaxın Şərqdəki nümayəndəliyinin rəhbəri Nikolas Alberts Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib.

O, qeyd edib ki, təmsil etdiyi şirkət dünyanın ən mürəkkəb və perspektivli bazarlarında infrastruktur layihələrinin maliyyələşdirilməsində böyük təcrübəyə malikdir: "Son 15 il ərzində şirkət bu layihələr üçün 3 milyard ABŞ dollarından çox vəsait ayırıb".

Qonağın sözlərinə görə, şirkətin ekoloji cəhətdən təmiz istehsala və yeni texnologiyalara keçməyə çalışan müəssisələrə investisiya yatıran keçid dövrü fondu var.

"Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və dərinləşdirilməsinə sadiqdir. Ölkə dörd kritik əhəmiyyətli sektor müəyyən edib. Buraya çox sayda kiçik layihələrin başladılması, texniki-iqtisadi əsaslandırmaların aparılması və ilkin maliyyələşdirmə məsələsinin həll edilməsi daxildir", - N.Alberts bildirib.

Onun sözlərinə görə, çox vaxt layihələri başlatmaq üçün vəsaitlər kifayət etmir, buna görə də başlanğıc üçün əlavə maliyyələşdirmə tələb olunur: "Burada inkişaf və ixrac agentlikləri layihələrin maliyyə baxımından həyat qabiliyyətli olmasına kömək edərək mühüm rol oynaya bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti