Niderland səfirliyi: Azərbaycanda su ehtiyatlarının bərpası imkanları məhduddur

İnfrastruktur
  • 12 sentyabr, 2025
  • 15:03
Niderland səfirliyi: Azərbaycanda su ehtiyatlarının bərpası imkanları məhduddur

Niderlandın Azərbaycandakı səfirliyi ölkənin su sektoruna dair tədqiqatın nəticələrini təqdim edib.

"Report" xəbər verir ki, tədqiqat Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində "Xəzər Su İnnovasiyaları Forum"unun dördüncü panelində təqdim olunub.

Araşdırma göstərir ki, Azərbaycanda su qıtlığı, iqlim dəyişiklikləri, suyun keyfiyyəti və idarəetmə problemləri ciddi narahatlıq doğurur. Tədqiqatın nəticələrinə görə, ölkədə su ehtiyatlarının bərpası imkanları məhduddur və bəzi çaylarda suyun həcmi 15–20 % azalıb.

Həmçinin vurğulanır ki, kənd təsərrüfatı, sənaye və əhali tələbləri suya yüksək təzyiq göstərir və transsərhəd çaylardan istifadə məsələsində yuxarı axın ölkələri ilə əməkdaşlıq vacibdir.

Tədqiqatda Niderlandın təcrübəsi, innovativ texnologiyaları və inteqrasiya olunmuş su idarəetməsi modellərinin Azərbaycanda su problemlərinin həllinə töhfə verə biləcəyi qeyd olunub. 

Araşdırma mühəndislik, ağıllı kənd təsərrüfatı, suyun keyfiyyətinin yaxşılaşdırılması və iqlimə adaptasiya sahələrində konkret tövsiyələr təqdim edir.

Son xəbərlər

Bütün Xəbər Lenti