Nazir: "Şimal-Cənub" dəhlizi üzrə yük dövriyyəsi 5 milyon tona çatdırılacaq"
- 26 noyabr, 2025
- 11:30
2028-ci il yanvarın 1-dən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 5 milyon tona çatdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu göstəricini ildə 15 milyon tona qədər artırılacaq: "Dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam etdirilir. Cari ilin sonunadək xəttin yenidən qurulması başa çatacaq, paralel olaraq Ələt-Osmanlı-Astara xəttində tikinti və bərpa işləri aparılır".
Nazir qeyd edib ki, "Şimal-Cənub" dəhlizinin inkişafı üçün İran ilə də sıx əməkdaşlıq həyata keçirilir: "Astara" terminalının tikintisi üzrə əhəmiyyətli işlər mübadiləsi nəzərdə tutulur. Terminalın tikintisini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırırıq".