Sikorski: Alyans Rusiya-NATO Şurasını ləğv edəcək
- 03 dekabr, 2025
- 22:33
Rusiya–NATO Şurası ləğv ediləcək.
"Report"un məlumatına görə, bunu Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə bildirib.
"Rəsmi qərarlardan biri kimi baş katibin bəyanatını qeyd etmək istəyirəm: Rusiya–NATO Şurası artıq mövcud deyil. Rusiya–NATO Şurası və Rusiya–NATO Əsasnamə Aktı artıq yoxdur", – deyə Sikorski "TVP Info" telekanalının canlı yayımladığı mətbuat konfransında vurğulayıb.
Rusiya ilə NATO arasında münasibətlər 1990-cı illərin əvvəllərində qurulub. 1997-ci ildə tərəflər Əsasnamə Aktını imzalayaraq bir-birlərini rəqib kimi görmədiklərini təsdiqləyib və məsləhətləşmələr üçün mexanizm yaradıb. 2002-ci ildə isə Rusiya–NATO Şurası formalaşdırılıb.
2014-cü ilə qədər Rusiya və NATO terrorizmə, narkotik qaçaqmalçılığına və dəniz quldurluğuna qarşı əməkdaşlıq edirdi. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra alyans bu əməkdaşlığı dondurdu.