Azərbaycanda tikintiyə icazənin əvvəllər yubanmasının səbəbləri açıqlanıb

İnfrastruktur
  • 02 oktyabr, 2025
  • 11:50
Azərbaycanda tikintiyə icazənin əvvəllər yubanmasının səbəbləri açıqlanıb
Read Qasımov

Azərbaycanda tikintiyə icazə prosesində əvvəlki yubanmalar əsasən texniki və keçid dövrü səbəbləri ilə bağlı olub.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, son illər elektron tikinti portalının müxtəlif dövlət qurumları ilə inteqrasiyası vaxt aparsa da, artıq sistem tam formalaşdırılıb və stabil işləyir: "Əvvəllər inteqrasiya olunmuş dövlət qurumlarının texniki imkanları və prosedur uyğunluqları səbəbindən müəyyən yubanmalar müşahidə olunurdu. Lakin bu proses artıq yoluna düşüb. Əlavə olaraq, açıq rejimdə sənədlərdə çatışmazlıq aşkarlanarsa, həmin gün sifarişçiyə yönləndirilir və sənədin yenidən yüklənməsi təmin edilir".

R. Qasımov qeyd edib ki, sahibkarlar və vətəndaşların elektron sistemlə tanışlığı da müəyyən vaxt tələb edib: "Bəzi hallarda sahibkar icazənin verilmədiyini iddia etsə də, araşdırmalar zamanı sənədlərin portala tam yüklənmədiyi üzə çıxırdı. Bu kimi məsələlərin qarşısını almaq üçün komitə mütəmadi görüşlər keçirir, rəsmi kanallarla məlumatlandırma aparır".

Son xəbərlər

Bütün Xəbər Lenti