Azərbaycanda kompüterlərdə "Microsoft Copilot" AI "chatbot"unun payı 31 % azalıb

İKT
  • 02 oktyabr, 2025
  • 13:26
Azərbaycanda kompüterlərdə Microsoft Copilot AI chatbotunun payı 31 % azalıb

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 95,08 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,50 faiz bəndi çoxdur.

İkinci pillədəki "Microsoft Copilot"un bazar payı 2,01 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,82 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı sentyabrda 0,39 faiz bəndi artaraq 1,62 % olub.

Dördüncü yerdəki "Google Gemini"nin bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq 1,01 % təşkil edib.

İlk beşliyi 0,28 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı avqust ayı ilə müqayisədə 0,03 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 94,52 % (avqusta nisbətən 0,53 faiz bəndi çox);

"Microsoft Copilot" – 2,23 % (-0,99 faiz bəndi);

"Perplexity" – 1,96 % (+0,64 faiz bəndi);

"Google Gemini" – 0,95 % (-0,15 faiz bəndi);

"Claude" – 0,34 % (+0,05 faiz bəndi).

Mobil cihazlarda:

"ChatGPT" – 98,03 % (+0,34 faiz bəndi);

"Google Gemini" – 1,32 % (+0,55 faiz bəndi);

"Microsoft Copilot" – 0,66 % (-0,11 faiz bəndi);

Son xəbərlər

Bütün Xəbər Lenti