Azərbaycanda mobil cihazların bazar payı son 3 ayda 30 % azalıb
İKT
- 02 oktyabr, 2025
- 13:29
Bu ilin sentyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 56,66 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 10,22 faiz bəndi, bir il əvvələ nisbətən isə 16,08 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 30 % təşkil edib).
Kompüterlərin bazar payı aylıq 10,34 faiz bəndi, illik müqayisədə isə 16,41 faiz bəndi artaraq 42,78 % olub.
Sentyabrda planşetlərin bazar payı 0,56 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 0,13 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,33 faiz bəndi azdır.
Son xəbərlər
05:13
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
Digər ölkələr04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19