Azərbaycan müştərilər üçün "bir pəncərə" prinsipi ilə işləyən rəqəmsal logistika sistemi yaradır

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 15:27
Azərbaycan müştərilər üçün bir pəncərə prinsipi ilə işləyən rəqəmsal logistika sistemi yaradır

Azərbaycan Orta Dəhliz layihəsində iştirak edən ölkələr arasında rəqəmsallaşdırma təşəbbüslərinin fəal iştirakçılarından biridir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, hazırda ən vacib məqamlardan biri Orta Dəhliz boyunca nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılmasıdır: "Rəqəmsallaşdırma ideyasına səthi yanaşılsa, bununla bağlı fikirlər bir az yanıldıcı ola bilər. Biz sadəcə bəzi dəbdəbəli informasiya sistemləri, platformalar və ya tətbiqlər axtarmırıq. Yeni informasiya sistemi hazırlayarkən, biz həm də prosesin özünü yoxlayırıq və onlardakı çatışmazlıqları, artıqlığı və ya həddindən artıq bürokratiyanı təhlil edib aradan qaldırmağa və prosesləri rəqəmsal mühitə köçürməyə çalışırıq. Beləliklə, biz layihənin və ya təşəbbüsün cəmiyyətimizə və bütövlükdə dünyaya həqiqi dəyər təklifini axtarırıq".

F. Əliyev qeyd edib ki, Azərbaycan Orta Dəhliz üzrə rəqəmsallaşdırma təşəbbüslərinin fəal iştirakçılarından və pionerlərindən biridir: "Hazırda biz müştərilər üçün "bir pəncərə" prinsipi ilə işləyəcək və hökumət qurumları üçün bütün proseslərin başlayacağı və tamamlanacağı rəqəmsal vahid pəncərə və rəqəmsal nəqliyyat logistika informasiya sistemimizi inkişaf etdiririk. Beləliklə, bu platforma müştərilərə və digər istifadəçilərə birbaşa giriş imkanı verməklə, bütün hökumət qurumlarının informasiya sistemlərini inteqrasiya etməyi hədəfləyir".

Son xəbərlər

Bütün Xəbər Lenti