Anaklaudiya Rossbah: "WUF13 Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində əsas mərhələ olacaq"

İnfrastruktur
  • 15 oktyabr, 2025
  • 12:43
Anaklaudiya Rossbah: WUF13 Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində əsas mərhələ olacaq

Dayanıqlı İnkişaf Məqsədinin 11-ci maddəsinin həyata keçirilməsinin qlobal icmalı 2026-cı ildə Yüksək Səviyyəli Siyasi Forumda təqdim ediləcək.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru və BMT-nin Baş katibinin müavini Anaklaudiya Rossbah III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, qarşıdan gələn WUF13 (Ümumdünya Şəhərsalma Forumu) dönüş nöqtəsində keçiriləcək:

"Bu 2026-cı ilin iyulunda BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyi üzrə Yüksək Səviyyəli Müşavirəsi ərəfəsində baş tutacaq. Həmin ildə biz Dayanıqlı İnkişaf Məqsədinin 11-ci maddəsinin həyata keçirilməsinin qlobal icmalını Yüksək Səviyyəli Siyasi Forumda təqdim edəcəyik. WUF13-ün mövzusu - "Dünyanın mənzillə təmin edilməsi: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" - dövrümüzün ən təcili qlobal problemlərindən birini əks etdirir".

Son xəbərlər

Bütün Xəbər Lenti