2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Maliyyə
  • 15 oktyabr, 2025
  • 23:33
2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Maliyyə Nazirliyinin hazırladığı 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi qurumun internet səhifəsində yerləşdirilib.

"Report" xəbər verir ki, sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na uyğun olaraq hazırlanıb, özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir.

Eyni zamanda, sənəddə proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti