Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manat xərcləyəcək
Maliyyə
- 15 oktyabr, 2025
- 23:53
2026-cı ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı proqnozlaşdırılan 2 milyard 457,6 milyon manat xərcin 1 milyard 400 milyon manatını xarici dövlət borcu üzrə xərclər təşkil edəcək.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapıb.
Sənədə əsasən, bunun 940 milyon manatı əsas borc ödənişləri, 460 milyon manatını faiz xərcləri olacaq.
Gələn il büdcədə daxili dövlət borcuna xidmət üçün 137 milyon manat əsas, 920,6 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2026-cı il üçün 1 milyard 380,6 milyon manat məbləğində nəzərdə tutulub.
Son xəbərlər
06:08
Palladiumun qiyməti son 3 ildə ilk dəfə 2000 dolları keçib
Maliyyə05:48
Pentaqon "C-130J" təyyarələrinin istehsalı üçün müqaviləni 25 milyard dollara qədər artırıb
Digər ölkələr05:17
"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb
Futbol04:43
Venesuelanın BMT-dəki səfiri: ABŞ Karib dənizini ilhaq etməyə çalışır
Digər ölkələr04:27
Venesuela rəsmisi: ABŞ neft uğrunda adi vətəndaşların qanını tökməyə hazırdır
Digər ölkələr03:50
FTB Epşteynin ABŞ prezidenti haqqında yazdığı məktubun saxta olduğunu bildirib
Digər ölkələr03:17
Ali Məhkəmə Trampın hərbçiləri Çikaqoya yerləşdirmək istəyinə qarşı çıxıb
Digər ölkələr02:44
BMT ABŞ və Venesuelaya vasitəçilik təklif etməyə hazırdır
Digər ölkələr02:05