Rus Dram Teatrının direktoru: Yegizarovun rolları aktyorlar üçün nümunədir

İncəsənət
  • 16 sentyabr, 2025
  • 11:00
Rus Dram Teatrının direktoru: Yegizarovun rolları aktyorlar üçün nümunədir
Ədalət Hacıyev

Hacı Murad Yegizarovun ifa etdiyi rollar aktyorlar üçün nümunədir. 

"Report" xəbər verir ki, bunu Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, mərhum sənətkarla 35 illik dostluq münasibətlərindən söz açıb:

"Hacı Murad Yegizarov həmişə bizim üçün örnək olub. Biz kino və televizor anlayışı ilə hələ yeni tanış olanda Murad müəllim artıq filmlərdə bənzərsiz rollar yaratmışdı. Məhz həmin filmlərlə Azərbaycan kinosuna münasibətimiz və məhəbbətimiz formalaşıb".

Ə.Hacıyev Xalq artistinin ifa etdiyi rolların aktyorlar üçün nümunə olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Azərbaycana gətirilib.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti