RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib
İKT
- 10 sentyabr, 2025
- 15:07
Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.
Son xəbərlər
15:54
Ahmet Köse: Texnologiyaya sərmayə yatırılması milli təhlükəsizlik məsələsidir
Sosial müdafiə15:53
Azərbaycanın vergi orqanlarına oktyabrda 45 minə yaxın müraciət daxil olub
Biznes15:51
Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığı müzakirə edib
Biznes15:51
Premyer Liqanın XIII turunda "Zirə" "Kəpəz"i məğlub edib
Futbol15:48
"Azərpambıq" 10 ayda 33 milyon dollardan çox ixrac gəlirləri əldə edib
ASK15:46
Paşinyan II Qareginin işini "bitirir" - yeni namizədlərin adları açıqlanıb - ŞƏRH
Analitika15:45
Orban Ukraynada sülhün əldə olunacağına ümidvardır
Digər ölkələr15:40
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə avtomobil nəqliyyatı ilə bağlı yeni səlahiyyət verilib
İnfrastruktur15:39