Rəşad Nəbiyev: "Prezidentin növbəti etimadını da doğrultmağa çalışacağam"

İKT
  • 30 mart, 2021
  • 15:22
Rəşad Nəbiyev: Prezidentin növbəti etimadını da doğrultmağa çalışacağam
Rəşad Nəbiyev

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Hava Yolları” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin müşahidə şuralarının sədri təyin olundum".

"Report" xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Prezidentin növbəti etimadını da doğrultmağa çalışacağam", - nazir deyib.