BP: Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub
- 02 sentyabr, 2025
- 12:06

Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub.
Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur: "Xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir".
Qeyd edək ki, iyulda bir sıra KİV mənbələrə istinadən bildiririb ki, "Azeri Light" neftinin ayrı-ayrı partiyalarında hasilat həcmini artırmaq üçün istifadə olunan maddələr - üzvi xloridlərin həddindən artıq miqdarı aşkar edilib. İyulun 24-də "BP-Azerbaijan" bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinin yoxlanılması xammalın spesifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Üzvi xloridlər Türkiyənin Ceyhan limanındakı terminalda bəzi çənlərdə aşkar edilib.